6 nömrəli tam orta məktəbliseyin Ağdama xeyriyyə səfəri FOTO


Digərləri 06 Dek 2017 16:56:00 301 0

6 nömrəli tam orta məktəbliseyin Ağdama xeyriyyə səfəri  FOTO

6 nömrəli tam orta məktəb-lisey artıq bir aydan çoxdur ki, hazırlaşdığı Ağdama xeyriyyə səfərini gerçəkləşdirib. Başda məktəbin direktoru əməkdar müəllimi Gülsən Orucova olmaqla, məktəbin on bir müəllimi də heyəti səfərdə iştirak edib. 

Səfər zamanı, Ağdam rayonu, 106 saylı köçkün tam orta məktəbində I-XI siniflərdə təhsil alan 348 şagirdə geyim əşyaları, dərs vəsaitləri, dərs ləvazımatları və hədiyyələr verilib. Bundan əlavə, 25 şəhid ailəsi ərzaqla  təmin edilib. Şagirdlərin əylənməsi məqsədilə Xəzər TV və kiçik musiqi qrupu da səfərdə iştirak edib. 

Qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Ağdamda qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbəni ziyarət etmək, az da olsa, onlarla hər zaman həmrəy olduqlarını hiss etdirə bilmək səfər iştirakçılarının əsas məqsədi olub.  


Xəbərə aid fotolar