SON DƏQİQƏ! İran yenə "silkələndi"


Digərləri 06 Dek 2017 16:47:00 232 0

SON DƏQİQƏ! İran yenə "silkələndi"

İranın cənub-qərbində 4,2 bal gücündə zəlzələ olub.

Son.az Trend-ə istinadən bildirir ki, təkanlar Buşəhr şəhəri yaxınlığında qeydə alınıb.

Yeraltı təkanlar 20 km dərinlikdə. İnsan itkisi və dağıntılar barədə hələ məlumat yoxdur.

Qeyd edək ki, ötən gün İranda 4,9 və 3,8 bal gücündə iki zəlzələ qeydə alınıb.

Xatırladaq ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında baş verən 7,2 bal gücündə zəlzələdə son məlumata görə, 569 nəfər həlak olub. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu.

Son.az