Hikmət Hacıyev: "Köçəri türk sözüdür"


Digərləri 06 Dek 2017 16:29:00 255 0

Hikmət Hacıyev: "Köçəri türk sözüdür"

"Köçəri" sözünün erməni dilindən hərfi tərcüməsi çox maraqlıdır. "Google"un tərcümə xidməti bununla bağlı heç bir nəticə göstərmir".

Son.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.   "Erməni portalları "Köçəri"nin erməni rəqsi olduğunu yazır? Türk dilində "köçəri" sözü köçmək felindən yaranıb və "bir yerdən başqa yerə köçmək" deməkdir", - deyə o, bildirib.   Qeyd edək ki, bu gün "Köçəri" rəqsi erməni rəqsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.  

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində