Yeni qırğız, türk və gürcü kanalları “Azerspace-1”in üzərindən yayıma başladı


Digərləri 06 Dek 2017 16:10:00 281 0

Yeni qırğız, türk və gürcü kanalları “Azerspace-1”in üzərindən yayıma başladı

Qırğızıstanın beş televiziya – “New TV ( HD )”, “ON1 TV”, “Kanal 7 TV”, “TNT Aziya TV” və “RTV” kanalları “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.

Bakı. Qırğızıstanın beş televiziya – “New TV ( HD )”, “ON1 TV”, “Kanal 7 TV”, “TNT Aziya TV” və “RTV” kanalları “Azerspace-1” peyki üzərindən yayıma başlayıb. "Azərkosmos" ASC-dən Trend-ə verilən məlumata görə, qurum ilə kanallar arasında imzalanan müqaviləyə əsasən, sözügedən kanallar vasitəsilə qırğız və rus dillərində ictimai, siyasi, iqtisadi, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş etdirilir. Televiziya kanalları 11015/H/13000 tezliyi ilə yayımlanır. Həmçinin, Türkiyənin iki televiziya ̶ “ARAS TV” və “Kanal C” kanalları “Azerspace-1” peyki üzərindən 11027/H/7500 və Gürcüstanın “İBERİA TV” kanalı 11095/H/30000 tezlikləri ilə yayıma başlayıb.