Britaniya şirkətinin Bakıdakı nümayəndəliyinin əməkdaşına hökm oxunub


Sosial 06 Dek 2017 15:49:28 277 0

Britaniya şirkətinin Bakıdakı nümayəndəliyinin əməkdaşına hökm oxunub

O, 4 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən "Amec Services Limited" şirkətinin baş mühasibi və maliyyə menecerinin müavini işləmiş Fuad Əfəndiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Əfəndiyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında F.Əfəndiyevin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

Xatırladaq ki, cinayət işinin başlanmasına "Amec plc" şirkətinə məxsus üç şirkətin - "Amec" MMC, "AMEC Resources Limited" və "AMEC Services Limited" şirkətlərinin fəaliyyətləri dövründə qeyri-qanuni ödənişlərin aparılması barədə edilən müraciət səbəb olub.

İstintaq zamanı külli miqdarda pul vəsaitinin qanunsuz olaraq müxtəlif ölkələrdəki şirkətlərə köçürülməklə leqallaşdırıldığı məlum olub.

F.Əfəndiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.

Məhkmədə ifadə verən F.Əfəndiyev özünü təqsirli bilmədiyini söyləyib.