İslam Əməkdaşlıq Təşkilatı Qüdsə görə İstanbulda fövqəladə toplantı keçirəcək - YENİLƏNİB


Dünya 06 Dek 2017 15:54:00 281 0

İslam Əməkdaşlıq Təşkilatı Qüdsə görə İstanbulda fövqəladə toplantı keçirəcək - YENİLƏNİB

Ərdoğan Qüds məsələsini 3 dövlətin lideri ilə müzakirə edib

 İslam Əməkdaşlıq Təşkilatı Qüds məsələsinə görə dekabrın 13-də İstanbulda fövqəladə toplantı keçirəcək.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Həsən Ruhani, Malayziyanın baş naziri Hacı Mohd Najib bin Tun Haji Abdul Razak və Tunis prezidenti Beci Qaid əs-Sebsi ilə telefon danışığında bildirib. 

R.T.Ərdoğan qeyd edib ki, toplantıda Qüds ətrafında yaranmış vəziyyət müzakirə olunacaq.

*** 15:26

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq planını İran prezidenti Həsən Ruhani, Malayziyanın baş naziri Hacı Mohd Najib bin Tun Haji Abdul Razak və Tunis prezidenti Beci Qaid əs-Sebsi ilə müzakirə edib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, R.T.Ərdoğan hər üç ölkənin liderinə ayrı-ayrılıqda zəng edib. 

Müzakirələr zamanı Qüdsün İsrailin paytaxtı kimi tanınmasının Yaxın Şərqdə sülh prosesinə zərbə vuracağı bildirilib.

Qeyd edək ki, dekabrn 6-da İordaniya kralı Abdulla II ibn Hüseynin Türkiyəyə səfəri başlayıb. R.T.Ərdoğanın məsələni İordaniya kralı ilə müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, ötən gecə ABŞ Prezidenti Donald Tramp İsrail, İordaniya, Fələstin, Misir və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə müzakirə aparıb. O, Yaxın Şərq ölkələrinin liderlərinə deyib ki, dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıya bilər.