Maskerano "Barcelona" rəhbərliyinə ultimatum verib


İdman 06 Dek 2017 16:00:00 293 0

Maskerano "Barcelona" rəhbərliyinə ultimatum verib

"Barcelona"nın müdafiəçisi Xavyer Maskerano klub rəhbərliyinə ultimatum verib. Goal.az xəbər verir ki, 33 yaşlı futbolçu 7 dekabra qədər cavab almaq istəyir. O, yanvarda müntəzəm meydana çıxacağı kluba keçmək fikrindədir. Samuel Umititinin zədələnməsi Maskeranonun 2 ay əsas heyətdə oynamasına imkan verəcək. Amma bu variant argentinalı müdafiəçini qane etmir.

2010-cu ildən katalonların şərəfini qoruyan futbolçunun Çin Superliqasından əlverişli təklif aldığı qeyd olunur. "Barcelona" ilə müqaviləsi 2019-cu ilin yayında başa çatacaq Maskerano bu mövsüm 10 rəsmi oyunda meydana çıxıb.