Mərkəzi Bankın valyuta ehtiyatları artdı


Digərləri 06 Dek 2017 15:45:00 280 0

Mərkəzi Bankın valyuta ehtiyatları artdı

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

AMB-dən Son.az-a verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il  dekabr ayının 1-nə 5 mlrd. 254,2 mln. dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 243,2 mln. dollar və ya 30,99% çoxdur.   Noyabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 53,5 mln. dollar və ya 1,02% artıb.   Cari ilin əvvəlindən artım 1 mlrd. 279,8 mln. dollar və ya 32,2% olub.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində