“E-hökumət, E-iştirak və Açıq hökumət üzrə milli potensialın inkişaf etdirilməsi”nə dair seminar keçirilib (FOTO)


Digərləri 06 Dek 2017 15:38:00 282 0

“E-hökumət, E-iştirak və Açıq hökumət üzrə milli potensialın inkişaf etdirilməsi”nə  dair seminar keçirilib (FOTO)

XXIII “Bakutel” informasiya-kommunikasiya texnologiyaları sərgisi çərçivəsində “E-hökumət, E-iştirak və Açıq hökumət üzrə milli potensialın inkişaf etdirilməsi”nə dair seminar keçirilib.

Bakı. XXIII “Bakutel” informasiya-kommunikasiya texnologiyaları sərgisi çərçivəsində “E-hökumət, E-iştirak və Açıq hökumət üzrə milli potensialın inkişaf etdirilməsi”nə dair seminar keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, seminar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi və ADA Universiteti ilə birgə təşkil olunub. Seminarın keçirilməsində məqsəd dövlət qulluqçularına “E-hökumət, E-iştirak və Açıq hökumət” üzrə milli potensialın inkişaf etdirilməsi, təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübə barədə ətraflı məlumat verməkdir. Seminar çərçivəsində dövlət qulluqçularına nəzəri və praktiki biliklərinin artırılması, ölkəmizdə dövlət qurumlarının bu istiqamətdə işlərinin daha da gücləndirilməsi üçün BMT-nin sahə üzrə beynəlxalq ekspertləri tərəfindən tövsiyələr verilib.