"Acıq çıxmaq qərarına gəldim" Sərxoş olub bacısının evindən 50 minlik qızıl oğurladı VİDEO FOTO


Kriminal 06 Dek 2017 15:08:00 337 0

"Acıq çıxmaq qərarına gəldim"  Sərxoş olub bacısının evindən 50 minlik qızıl oğurladı  VİDEO  FOTO

ARB TV-nin "Rezonans" verilişinin növbəti buraxılışında bacısının evindən oğurluq edən məhkum Əli Mahmudovun həbsxana hekayələri təqdim olunub. Əli Mahmudov (cəzası 8 il): "Artıq 4 ildir ki, həbsxanadayam. Mebel ustası işləyirdim və pis də qazanmırdım. Rusiyaya işləmək üçün bacımgilə getdim. Onlar mənə məsləhət gördü ki, vətəndə qalıb işləyim. Tez-tez içki içirdim. Məni geri əliboş qaytaranda incidim. Acıq çıxmaq qərarına gəldim. Pislik eləmək istəmirdim. Sərxoş vəziyyətdə idim və onun təsirilə elədim. Qızılları var idi və onları lombarda verdim.

50 minə yaxın pul elədi. Evə pul aparmadım. Kafelərdə, restoranlarda hamısını xərclədim. Ailəmin yanında utanıram. Mənim əl izim dolaba düşdüyü üçün oradan tapıblar. Bacım şikayətçi olmaq istəmirdi, amma ortada cinayət faktı var idi. Hadisədən sonra bacım gəlmişdi yanıma. Utandığımdan başımı aşağı salmışdım. İçki adamı bədbaxt edir".


Xəbərə aid fotolar