Ağstafada yol qəzasında yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB


Sosial 06 Dek 2017 14:32:00 236 0

Ağstafada yol qəzasında yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Faktla bağlı araşdırma aparılır

 Ağstafada baş verən yol qəzasında yaralanan şəxslərin kimliyi məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1988-ci il təvəllüdlü Məsiyev Sərxan Həkim oğlu və 1971-ci il təvəllüdlü Abbasov Şövqü Sovet oğlu xəsarət alıb.

*** 13:21

Ağstafa rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonunun Qırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Toyota" və "VAZ" markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri və bir neçə sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, qəzaya "Toyota"nın sürücüsünün sükan arxasında yatması səbəb olub. Nəticədə "VAZ"ı vuraraq yol kanarına salıb və zərbənin gücündən avtomobil bir neçə dəfə aşıb. 

Faktla bağlı araşdırma aparılır.