Tovuzda ana və oğul pomidor turşusundan zəhərləndi


Digərləri 06 Dek 2017 14:14:00 281 0

Tovuzda ana və oğul pomidor turşusundan zəhərləndi

Tovuzda iki nəfər evdə zəhərlənib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Vahidli kəndində baş verib.

Kənd sakini, 1948-ci il təvəllüdlü Əsədova Gülarə Qafar qızı və oğlu, 1976-cı il təvəllüdlü Əsədov Eldəniz Əsəd oğlu evlərində konservləşdirilmiş pomidor turşusundan zəhərləniblər.

Hər iki şəxs zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.