Qoşunların təmas xəttində monitorinq insidentsiz başa çatıb


Digərləri 06 Dek 2017 13:46:00 258 0

Qoşunların təmas xəttində monitorinq insidentsiz başa çatıb

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bakı. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 6-da Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.