Naxçıvanda Açıq Əyləncəvi Futbol Məktəbi açıldı FOTO


Digərləri 06 Dek 2017 13:37:00 294 0

Naxçıvanda Açıq Əyləncəvi Futbol Məktəbi açıldı  FOTO

"Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və  Naxçıvan M.R-nın Gənclər və İdman nazırliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində keçirilib.

Son.az xəbər verir ki, tədbirdə millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf  Əliyev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Naxçıvan MR-nın Gənclər və İdman nazıri Azad Cabbarov və layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.

Tədbirdə çıxış edənlər ilk növbədə "Qarabağ" Futbol Klubunun Çempionlar Liqasının qrup mərhələsinə çıxması ilə əlaqədar əldə olunan tarixi qələbənin əhəmiyyətini qeyd edərək komandaya gələcəkdə daha böyük uğurlar diləyiblər. Natiqlər vurğulayıblar ki, bu tarixi hadisə Azərbaycanda futbolun inkişafına da böyük təsir göstərəcəkdir. "Açıq Əyləncəvi Futbol Məktəbləri"nə gəlincə qeyd edilib ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Tədbirdə həmçinin bildirilib ki, idmanıməz müstəqillik illərində yüksək inkişaf yolu keçib və hazırda Azərbaycan dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib. Tədbirdə uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Sonda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.


Xəbərə aid fotolar