“Sevgilim yoxdur, amma 25 ildir birlikdə yaşayırıq”


Şou-biznes 06 Dek 2017 13:24:00 329 0

“Sevgilim yoxdur, amma 25 ildir birlikdə yaşayırıq”

Səhnə adamı imicdə dəyişiklik etməlidir ki, gözü yormasın. Həmçinin, mahnıları və klipləriylə. Deyilənə görə, bu imic mənə çox yaraşır, daha kübar göstərir. Belə yaxşıdır də, sanballı göstərir.

Son.az xəbər verir ki, bu sözləri "ARB Ulduz"un "Şou məkan" proqramının növbəti qonağı müğənni Nadir Qafarzadə yeni klipindən söz açarkən deyib. Belə məlum olur ki, müğənni yeni klipində daxmada yaşayan yoxsul bir insanın sonradan varlanıb tamam başqa bir görkəmdə yenidən həmin məkana gəlməsini təsvir etməyə çalışıb:  "Daxmada yaşayan yoxsul rəssam illər sonra zənginləşmiş vəziyyətdə həmin daxmaya geri dönür. Rəsmlərini görür, çəkdiyi qızın şəkillərini görür. Qız da onun xəyalına gəlir. Yanında ruh olaraq dolaşır". - Nadir, necə oldu ki, "Milyon roz" mahnısına müraciət edib elə bu mahnıya da qış gəlməmiş qarlı havada klip çəkdirdin? "Bu mahnı mənim uşaqlığımın mahnısıdır. Dünyəvi hitdir. Sevdiyim müğənni Alla Puqaçova oxuyub. Biz buna bir az şərq motivləri qatdıq. Biz, əslində, qarı gözləmirdik. Getdik Şamaxıya, Pirqulu tərəfə. Havada mənfi 2 dərəcə soyuq vardı. Qar 4-5 sm qalxmışdı. Göz gözü görmürdü. Çətinliklə o yüksəkliyə qalxdıq. Soyuq bizi qətiyyən qorxutmadı".

Müğənninin mahnıda aksentlə oxuması məsələsi müəyyən qədər tənqid olundu. Ona görə də ifaçı bu nünasa da aydınlıq gətirdi. "Mən rus dilli məktəbi bitirməmişəm. Fikir vermisinizsə, bütün qafqazlılarda aksent hiss edilir. Ləhcə olur. Bu da məndən asılı deyil. Bu olmalıdır. Mənim ana dilim Azərbaycan dilidir. Amma rus bizim mahnımızı bu cür oxuya bilərmi? Mənə elə gəlir ki, Alla Puqaçova bu klipi görsə, ona maraqlı gələcək. Qafqazlı bir oğlan onun mahnısına yeni aranjimanda  müraciət edib. Nadir Qafarzadə ailəsinə heç kimin toxunma ixtiyarının olmadığını söylədi: "Gündəmə ailə gəlir. Mənimlə başqa şeydən danışın. Daha ailə məsələsi qurtardı. Hamı bilir ki,  bir həyat yoldaşım, iki oğlum var. 25 ildir ki, bir yerdə yaşayırıq. Sevgilim yoxdur. Ancaq bir ailəmdir. Böyük oğlum, ümumiyyətlə, mediadan uzaqdır. Onun üçün şou-biznes maraqlı deyil. Oğlum da, həyat yoldaşım da istəmirlər. Deyirlər ki, bu, sənin yolundur, həyatını da bu cür özün yaşa, bizi qatma. Hələ ki tələbatlı müğənniyəm, çağırırlar. Mən düşünürəm ki, 55 yaşdan sonra bu səhnədən getmək olar". Biz də sonda Nadir Qafarzadəyə ailə həyatında və yaradıcılığında daim uğurlar arzu edirik. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid foto