Azərbaycanda gömrük orqanlarının büdcə ödənişləri noyabrda azalıb


İqtisadiyyat 06 Dek 2017 13:01:56 406 0

Azərbaycanda gömrük orqanlarının büdcə ödənişləri noyabrda azalıb

Bu ilin 11 ayında isə aksizlər üzrə yığımlar 10%, yol vergisi üzrə isə 44% azalıb

Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 383,4 mln. manat təşkil edib.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9% çoxdur.

Son 1 ildə gömrük rüsumları 15,8% artaraq 632,969 mln. manat, əlavə dəyər vergisi (ƏDV) üzrə yığımlar 20% artaraq 1 640,339 mln. manat, aksizlər üzrə yığımlar 9,6% azalaraq 78,249 mln. manat, yol vergisi üzrə yığımlar isə 43,7% azalaraq 31,842 mln. manat təşkil edib.

Ayrıca, noyabrda DGK-nın xətti ilə büdcəyə 214,75 mln. manat daxil olub. Bu, ötən ilin noyabr ayına nisbətən 2,2% azdır.

O cümlədən, illik müqayisədə gömrük rüsumlarının aylıq məbləği 15,1% artaraq 61,393 mln. manat, ƏDV - 10,1% azalaraq 142,592 mln. manat, aksiz vergisi - 56,6% artaraq 7,89 mln. manat, yol vergisi - 7% artaraq 2,875 mln. manat olub.

Gömrük ödənişləri 01-10.2016

11.2016

01-11.2016

01-10.2017

11.2017

01-11.2017

Rüsumlar 493 307 53 338 546 645 571 576 61 393 632 969 ƏDV 1 208 352 158 553 1 366 905 1 497 747 142 592 1 640 339 Aksiz vergisi 81 521 5 038 86 559 70 359 7 890 78 249 Yol vergisi 53 864 2 688 56 552 28 967 2 875 31 842 Cəmi 1 837 044 219 616 2 056 660 2 168 650 214 750 2 383 400