"Kamera önündə aparıcıyam, həyatda isə çılğınlığı sevmirəm"


Şou-biznes 06 Dek 2017 12:38:00 316 0

"Kamera önündə aparıcıyam, həyatda isə çılğınlığı sevmirəm"

O, bizi İctimai Televiziyanın "Yeni gün" proqramından salamlayır, yeni günə səsləyir, studiyaya dəvət etdiyi qonaqlarına müxtəlif suallar ünvanlayır. Söhbət aparıcı Aynur Fətullayevadan gedir.   Son.az 525-ci qəzet-ə istinadən teleaparıcı ilə müsahibəni təqdim edir:  - Söhbətimizə elə işinizdəki yeniliklərdən başlayaq. - Yenilik budur ki, ötən mövsümdən aparıcısı olduğum "Qadın dünyası" verilişi bu yaxınlarda yenidən yayıma başlayacaq. İndi bu istiqamətdə hazırlıqlarımız gedir. Ümumiyyətlə isə mən fəaliyyətimə yeddi il öncə İctimai Televiziyada başlamışam. Əvvəlcə "Qaraj" verilişinin aparıcısı kimi. O zaman Musiqili verilişlər departamentində çalışırdım. Sonra "Yeni gün" proqramına dəvət olundum. Uzun illərdir ki, bu verilişin aparıcılarından biriyəm. Ekspertlər "Yeni Gün"ü tez-tez "mini tv" adlandırırlar. Çünki həftənin 6 günü üç saat canlı yayımlanan bu proqramda TV-yə məxsus hər şey var: bol informasiya, maarifləndirici söhbətlər və əyləncə. Bura müxtəlif səpkili qonaqları və tamaşaçı ilə canlı ünsiyyəti də əlavə etsək, mənzərə lap aydın olar. Biz, demək olar ki, "non-stop" rejimində çalışırıq. 3 saatın necə keçdiyini heç hiss etmirsən. Bir sözlə, yükü ağır verilişin öhdəsindən ən yaxşı şəkildə gəlməyə çalışırıq. - Aynur xanım, niyə məhz televiziya? - Mən uşaqlığımdan məktəb və rayon tədbirlərinin aparıcısı olmuşam. O illərdən başlayan aparıcılığım indiyədək də davam edir (gülür). Televiziyada çalışmaq uşaqlıq arzum idi. - Adətən, öncələr sənə inanmayan, dəstək durmayan insanların uğurlar qazandıqca ətrafına toplaşdığını görürsən. Sizdə necə idi? - Ailəmdə valideynlərim, qohumlarım, ətrafdakı hər kəs məni həkim kimi görmək istəyirdilər. Heç kim televiziya sahəsini ağlına da gətirmirdi. Hətta bu arzuma qarşı çıxmağa çalışanlar da oldu. Öncə ən böyük dəstəkçim anam idi. Amma bu sahəyə olan sevgimi, istəyimi və uğurlarımı görəndən sonra dəstəkləyənlərin də sayı artdı. Bu, həyatın qanunudur deyə bilərik. Mən buna normal baxıram. Heç bunun uğurlarla bağlı olduğunu da düşünmürəm, ya da insanların uğurlarıma görə yanımda olduğuna inanmaq istəmirəm. Həyatımdakı insanların səmimiyyətinə inanmağı seçirəm. Çünki inanmasam, güvənməsəm, yaşaya bilmərəm. Əlbəttə ki, qeyri-səmimi insanlarla da qarşılaşıram və bunu hiss edən kimi, onlardan uzaqlaşıram. - Sizin fikrinizcə, aparıcı necə olmalıdır? - Aparıcı zəngin bilik və dünyagörüşünü nümayiş etdirən səlis nitq mədəniyyətinə və kübar maneralara malik olmalı, efir qaydalarına riayət etməlidir. Bizim işimiz göz qabağındadır. Efirdə dediyin bircə yanlış söz bütün imicinin üstündən xətt çəkə bilər. Ona görə də aparıcı mütəmadi olaraq öz üzərində işləməlidir. - Sizcə, təhsil şərtdirmi? - Bəli, mütləq şərtdir. - Təhsilsizlər çoxdur amma... - Bu, təkcə televiziyaya yox, başqa sahələrə də aid ola bilər. Amma bu cür hal çox davam etmir. Zamanla hər şey yerini alır. Başqalarını deyə bilmərəm, İctimai TV - ciddi qur

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar