Qanunsuz saxlanılan silahlar polisə təhvil verilib


Digərləri 06 Dek 2017 12:34:00 218 0

Qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

Qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.

Bakı. Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən mütəmadi əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ərazi polis orqanları tərəfindən keçirilən növbəti belə tədbirlər nəticəsində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Hapıtlı kənd sakinləri Əhməd Məmmədovdan, Həsrət Qurbanovdan və Gülüş Əliyevdən ümumilikdə 3 ədəd “İJ-16”, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən isə Əsgərabad kənd sakini Səfər Səfərovdan 1 ədəd “İJ-58” markalı tüfənglər aşkar edilərək götürülüb.