AİB iqtisadiyyatın diversifikasiyası üçün Azərbaycana 250 milyon dollar kredit ayırıb


Digərləri 06 Dek 2017 12:38:00 194 0

AİB iqtisadiyyatın diversifikasiyası üçün Azərbaycana 250 milyon dollar kredit ayırıb

Asiya İnkişaf Bankının (AİB) “Dövlət idarəçiliyinin və dövlət sektorunun effektivliyinin təkmilləşdirilməsi” layihəsinin birinci proqramı çərçivəsində Azərbaycana 250 milyon dollar həcmində kreditin ayrılmasını təsdiq edib

Bakı. Ənvər Məmmədov - Asiya İnkişaf Bankının (AİB) “Dövlət idarəçiliyinin və dövlət sektorunun effektivliyinin təkmilləşdirilməsi” layihəsinin birinci proqramı çərçivəsində Azərbaycana 250 milyon dollar həcmində kreditin ayrılmasını təsdiq edib. Trend-in məlumatına görə, birinci proqram çərçivəsində iqtisadi diversifikasiyanın əldə olunması planlaşdırılır.