“Sumqayıt” həbs edilən futbolçusu ilə yollarını ayırdı


İdman 06 Dek 2017 12:26:00 232 0

“Sumqayıt” həbs edilən futbolçusu ilə yollarını ayırdı

“Sumqayıt” klubu bir müddət əvvəl həbs edilən futbolçusu Nicat Muxarovla yollarını ayırıb.

Goal.az xəbər verir ki, klub 22 yaşlı yarımmüdafiəçini heyətdə saxlamağı lazım bilməyib. Muxtarovun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Nicat sentyabrın 9-da və 15-də Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulmuş, daha sonra sərbəst buraxılmışdı. (report)