Azərbaycanın 31 yaşlı pilotu VİDEO FOTO


Digərləri 06 Dek 2017 12:20:00 307 0

Azərbaycanın 31 yaşlı pilotu  VİDEO  FOTO

"Embraer 190-170" tipli hava gəmisinin stajor kapitanı Tural Şahverdiyev qafqazinfo-ya müsahibə verib.

Son.az müsahibəni təqdim edir:

- Pilotların ilk işlərindən biri uçuş həyata keçirəcəyi ölkənin hava şəraiti ilə tanış olmaqdır. Hava qeyri-qənaətbəxş olduğu halda hansı addımları atırsınız?

- Getdiyimiz aeroportun hava haqqında məlumatı bizim üçün önəmlidir. Biz hər uçuşdan əvvəl brifinq otağına gəlirik. Brifinqdə uçacağımız ölkənin və bizə verilmiş ehtiyat aeroportların hava şəraiti ilə tanış oluruq. Hava proqnozunu analiz edirik. Təbii ki, hava yaxşıdırsa, hər şey normal davam edir. Havada hər hansı problem varsa gecikmələr olur. Əgər uçduğumuz aeroportda hava şəraiti pisləşirsə, qabaqcadan verilmiş ehtiyat aeroportlara istiqamətlənə bilirik.

- Təyyarələr günlük, həftəlik yoxlamadan keçir. Amma son olaraq kapitan pilotun baxışından və sənədlərə qol çəkməsindən sonra təyyarə havaya qalxa bilir. Ancaq hazırlıq prosesində yüklərin tarazlığının düzgün olmaması, yanacaq sərfiyyatı və s. kimi hallarla qarşılaşma riskləri də ola da bilər...

- Təyyarə texniki heyət tərəfindən müəyyən müddət ərzində yoxlamalardan keçirilir. Uçuşdan əvvəl də texniki heyət təyyarəyə baxır. Onun saz olub-olmamasını yoxlayırlar və təyyarəni uçuşa təqdim edirlər. Kapitan da  təyyarəni baxışdan keçirir və sənədlərə qol çəkir. Təyyarəyə yanacağın doldurulması ilə əlaqəli sertifikatlaşdırılmış şəxslər var. Artıq onlar bununla bağlı kurslar keçiblər və işlərini hər zaman doğru şəkildə həyata keçirirlər. Təcrübəmdə yanacaq problemi, yüklərin tarazlığının qeyri-düzgün olması kimi problemlə rastlaşmamışam.

- Elə olurmu ki, uçuşa gec başlayıb eniş yerinə tez çatmısınız?

- Bəli, elə hallarla rastlaşırıq. Bizim uçuşlarımızda küləyin çox böyük rolu var. Küləyə qarşı uçduğumuz zaman gecikirik. Amma bəzən də olur ki, gec çıxsaq da təyinat məntəqəsinə tez çatırıq.

-  Bəs təcrübənizdə hava şəraiti ilə bağlı uçuşun təxirə salındığı hallar yaşanıbmı?

- Xeyr. Olmayıb. Həmişə hava yaxşı olur və şükürlər olsun ki, yaxşı uçuruq. Ancaq dünya təcrübəsində də var ki, pilotlar uçuşları hətta 1 gün, bir neçə saat təxirə salırlar.

- Müəyyən olunmuş hava limanına enmək mümkün olmadıqda kokpitdə ehtiyat aeroporta enmək barədə qərar qəbul edilir. Digər bir hava limanına enməyin xüsusi proseduru var?

- Yuxarıda qeyd etdiyim kimi, brifinq otağına daxil olan zaman bizə müəyyən ehtiyat aeroportlar təqdim edilir. Havada ikən isə kapitan qərar verir ki, hansı ehtiyat aeroporta enmək lazımdır. Uçuş tapşırığımızda bizə verilən koordinatları öz xüsusi cihazlarımıza daxil etməklə ehtiyat aeroporta istiqamətlənirik.

- Bildiyimə görə, pilot heyəti hər dəfə dəyişən daxili kabin işçiləri və kapitanlarla uçuş həyata keçirir. Hər dəfə tanımadığınız heyətlə çalışmağın hansı üstün və ya mənfi cəhətləri var?

- Kapitanlar və ikinci pilotlar hər uçuşda müxtəlif olur. Təyyarənin prosedurları isə demək olar ki, hər ikisi üçün eynidir. Ona görə də kapitan və ikinci pilot dəyişdikdə heç bir problem olmur. Çünki eyni mexanizm hər ikimiz üçün nəzərdə tutulub. Uçuş zamanı kapitanın və ikinci pilotun özünün vəzifə borcları var. Uçuş vaxtı yuxarı paneli yerdə ikinci pilot hazırlayır. Birimiz uçuş həyata keçiririksə, digəri qüllə ilə əlaqə saxlayır. Əgər kapitanın əli sükandadırsa, ikinci pilot ondan istifadə etmir. O, qüllə ilə əlaqə saxlayır və kapitanın təlimatlarını həyata keçirir.  Eynilə hər dəfə başqa bort bələdçilərlə uçuruq.

- Hər hansı bir təhlükə olduğu zaman hava limanı səlahiyyətliləri hava sahəsini həm eniş, həm də uçuş üçün bağlayırlar. Məsələn, ola bilər ki, hava sahəsində PUA-lar təyyarəyə yaxın istiqamətdə uça bilər. Bu, artıq sərnişinlərin həyatı üçün ciddi təhlükə deməkdir. Dubay Hava Yollarında belə bir halla rastlanılmışdı. Hava limanı bir gün ərzində milyon dollar həcmində ziyana düşdü, ancaq əsas məsələ sərnişinlərin təhlükəsizliyidir. AZAL-ın  tarixində pilotlar belə bir çətin halla rastlaşıbmı?

- AZAL-ın tarixində hərbi uçuş aparatının təyyarəyə maneə yaratması halı olmayıb. Ancaq dediyiniz kimi Dubayda belə bir hadisə olmuşdu. Bunun nəticəsində də mülki aviasiya təyyarələri uçuşlarını təxirə salmışdı, həm də enə bilməmişdilər. Burada hər şeydən öncə sərnişinlərin təhlükəsizliyi əsas məsələ olmalıdır. Təyyarədə olan xüsusi cihazlar vasitəsilə başqa uçuş aparatlarının bizə yaxınlaşmasını, yaxud yaxınlıqda uçmasını görə bilirik.

- Bu günə qədər haralara uçuş həyata keçirmisiniz?

- İndiyə kimi Moskva, İstanbul, Tbilisi, Tehran, Roma, Dubay, Aktau, Kazan, Kiyev və s. şəhərlərə uçmuşuq. Bu, bizim işimizin yaxşı cəhətlərindən biridir. Uçuşlarımız adətən 2-3 saat müddətində olur. Ancaq bir dəfə İtaliyaya uçuş həyata keçirmişəm. Bu da təxminən 5 saata yaxın olub. Ən uzun uçuşum bu olub. Həm də bizim təyyarə çox uzun məsafəli uçuşlar üçün nəzərdə tutulmayıb.

- Daha uzun məsafəli uçuşları həyata keçirmək, yəni həm "Boeing", həm də "Airbus" idarə etmək üçün əlavə kurs keçmək lazımdırmı?

- Təbii ki, başqa böyük tipli təyyarələri idarə etmək üçün nəzəri və praktiki kurslardan keçirik. Biz oxuyub praktiki imtahan veririk. Mən gələcəkdə "Boeing" və "Airbus"ı da idarə etmək istəyirəm. Nəzəri və praktiki imtahanlar verdikdən sonra həmin təyyarələrdə uça bilərəm. Bu gün Milli Aviasiya Akademiyasında pilotların yetişdirilməsi üçün hər cür şərait var. Düşünmürəm ki, bunun üçün xarici ölkələrdə gedib yüksək təhsil almağa ehtiyac var. Akademiyada bizim üçün hər cür  şərait yaradılıb. Tam ödənişsiz şəkildə təyyarənin nəzəri və praktik imtahanlarını verə bilirik.

- Pilotların kokpitdə kitab oxumaları, elektronik cihazla məşğul olmaları qadağan edilib. Bu da təhlükəsizliklə bağlıdır?

- Bəli, uçuş vaxtı pilotların kitab oxumaqları qadağan edilib. Bizə verilmiş xüsusi ipad-lər vasitəsilə uçduğumuz aeroportun, enişin sxemlərinə, uçuş enmə zolağının hansı hissələrində məhdudiyyətlərin olmasına baxırıq. Ancaq uçuş vaxtı nəsə oxumaq təhlükəsizliklə bağlı qadağandır.

- Uzun uçuşlar zamanı kokpitdəki kapitan heyəti ilə nələri danışırsınız? Maraqlı uçuş hekayələriniz varmı?

- Maraqlı uçuşlarımız tez-tez baş verir. Ancaq uçuş hekayələrimiz barədə danışa bilmərəm.

- İdarəetməni avtopilot rejiminə hansı hallarda keçirirsiniz?

- Təyyarə havaya qalxarkən və eniş zamanı biz avtopilot rejimindən istifadə etmirik. Təyyarə havaya qalxdıqdan sonra xüsusi panelimizdə avtopilot düyməsini basırıq. Eniş vaxtı isə yenidən avtopilotu söndürürük. Özümüz təyyarəni idarə edirik.

- Neçə illik təcrübəniz  var?

- Artıq 4 ilə yaxındır, təcrübəm var. "Embraier-190" təyyarəsində uçuşumu həyata keçirirəm.

- 4 ilə yaxın təcrübənizdə qalxma və enmə zamanı hər hansı rastlaşdığınız çətinliklər olubmu?

- Pilotların rastlaşdığı çətinliklər əsasən hava şəraiti ilə bağlı olur. Burulğanlı hava şəraiti, güclü küləklə rastlaşırıq. Bunlar da müəyyən qədər pilotun işinə çətinliklər yaradır. Bu, pilot üçün normaldır.

- Necə qərar verdiniz ki, siz pilot olmalısınız? Düzdür, təyyarə nəqliyyat vasitələri içərisində ən təhlükəsizi hesab olunur, amma xeyli də məsuliyyətlidir. Ailədən etiraz edən olmadı ki?


Xəbərə aid fotolar