Rusiyanın futbol komandaları ASEP şirkətinin dəvəti ilə Bakıya gəlir (FOTO)


Digərləri 06 Dek 2017 11:32:00 293 0

Rusiyanın futbol komandaları ASEP şirkətinin dəvəti ilə Bakıya gəlir (FOTO)

Bakı şəhəri hər il keçirilən mini-futbol üzrə “QKS” kubokunun sayca 10-cu yubiley çempionatına ev sahibliyi etməyə hazırlaşır.

Bakı. Bakı şəhəri hər il keçirilən mini-futbol üzrə “QKS” kubokunun sayca 10-cu yubiley çempionatına ev sahibliyi etməyə hazırlaşır. Ənənəyə əsasən, “QKS” kuboku 10 il ərzində dünyanın müxtəlif şəhərlərində keçirilib. Turnir Kazan, Sankt-Peterburq, Soçi, Dubay və digər şəhərlərdə təşkil olunub. ASEP (Azfar Sport Events & Promotion) şirkətinin dəvəti ilə yubiley turnirinin məhz Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Təşkilatçı olaraq Azərbaycan tərəfindən ASEP (Azfar Sport Events & Promotion) şirkəti, Rusiya tərəfindən isə elmi istehsalat müəssisəsi “QKS” çıxış edəcək. Turnirdə Rusiyanın müxtəlif reqionlarından olan 9 komanda və Azərbaycan tərəfindən xüsusi dəvət alan bir komanda iştirak edəcək. Eyni zamanda, komandalarına dəstək olmaq üçün paytaxtımıza 500-ə yaxın azərkeşin gəlişi gözlənilir. Tədbirin partnyorları arasında “Pullman Baku” oteli və tibbi dəstək göstərəcək ”Həyat Clinic”olacaq.