Azərbaycan neft hasilatını azaltmaqla bağlı öhdəliyini növbəti dəfə tam yerinə yetirib


Digərləri 06 Dek 2017 11:34:00 206 0

Azərbaycan neft hasilatını azaltmaqla bağlı öhdəliyini növbəti dəfə tam yerinə yetirib

Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) noyabr ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları təqdim edib.

Bakı. Maksim Tsurkov - Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin noyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Bu barədə Trend-ə nazirlikdən bildirilib. Həmin məlumatlara əsasən, cari ilin noyabr ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 790,7 min barrel olub. Bunun 735,8 min barrelini xam neft, 54,9 min barrelini kondensat təşkil edib. Gündəlik 643,4 min barrel xam neft, 54,9 min barrel kondensat, 15 min barrel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də tam yerinə yetirib.