Külli miqdarda narkotik müsadirə olunub


Digərləri 06 Dek 2017 11:29:31 232 0

Külli miqdarda narkotik müsadirə olunub

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Bakı. Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Bahadir Əzizov ŞPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən saxlanılıb. Polis Şöbəsində baxış zamanı onun üzərindən ayrı-ayrı qablaşdırılmış narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkovasitənin 3,30 qram və 3,62 qram olmaqla ümumi çəkisi 6,92 qram qurudulmuş marixuana olması barədə rəy verilib.