Baş nazir: "Qüdsün İsrail paytaxtı kimi tanınması dinlərarası toqquşmaya səbəb ola bilər"


Dünya 06 Dek 2017 11:20:00 291 0

Baş nazir: "Qüdsün İsrail paytaxtı kimi tanınması dinlərarası toqquşmaya səbəb ola bilər"

Qüdsün İsrail paytaxtı kimi tanınması dinlərarası toqquşmaya gətirib çıxara bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bəyan edib.

B.Yıldırım qeyd edib ki, ABŞ Qüdsü İsrail paytaxtı kimi tanımamalıdır: "Bu, beynəlxalq hüquqa ziddir".

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatların Qüdsü İsrail Dövlətinin paytaxtı kimi tanıyacağı təqdirdə rəsmi Ankaranın Təl-Əvivlə dipliomatik münasibətləri kəsə biləcəyini bəyan edib.