Zaurun elçiliyə getdiyi qız başqasına qoşulub qaçdı


Digərləri 06 Dek 2017 10:56:00 306 0

Zaurun elçiliyə getdiyi qız başqasına qoşulub qaçdı

"5/5" verilişinin bu həftəki "Elçilik" buraxlışının səs-küylü olacağı gözlənilir.

Son.az xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal həftənin cümə günü yayımlanacaq rubrikayla bağlı ötən gün maraqlı açıqlamalar verib. Aparıcı "Elçilik"in bu həftəki qısa icmalını tamaşaçılarla bölüşüb. 

Zaur sözügüdən buraxlışla bağlı danışarkən şok açıqlamaları ilə diqqət çəkib:

"Biz komandanı yığıb, qız evinə getmək istəyəndə xəbər çatdı ki, qız başqasına qoşulub qaçıb. Hətta qız tərəfi bizi təhdid etmək istədi ki, "Bu getməyəcək efirə". Oğlanın apardığı xonçalar hamısı qız evində qalıb. Ana ilə əlaqə saxladıq. Ana dedi ki, "Qızım 3 ay öncə qoşulub bir Allah bəndəsinə qaçıb. İndi ailə qurub. Onu indi efirdə verməyin heç bir mənası yoxdur". Biz də ananın xahişi ilə qızın xoşbəxt olmağı üçün o görüntülərdən bəzilərini çıxartdıq. 


Xəbərə aid fotolar