Həm nazir, həm zabitlə yatan model dünyasını dəyişdi FOTO


Dünya 06 Dek 2017 10:57:00 265 0

Həm nazir, həm zabitlə yatan model dünyasını dəyişdi  FOTO

Əvvəllər modellik edən Christine Keeler (Kristin Kilr) 75 yaşında dünyasını dəyişib.

Son.az Independent-ə istinadla xəbər verir ki, İngiltərəni sarsıdan ən böyük seks qalmaqalının səbəbkarı Christine Keeler Princess Royal University Hospital-ında həyatını itirib. Qohumlarının dediyinə görə o, uzun müddət xəstəliklə mübarizə aparıb.

Christine Keeler 1942-ci ilin fevral ayında doğulub. Əvvəllər modelliklə məşğul olan Christine Keeler İngiltərənin müdafiə naziri John Profumo və SSRİ hərbi qulluqçusu ilə intim münasibətdə olub.

Onun seks qalmaqalı İngiltərəni sarsıdan hadisələrdən biri olub. Christine-nin nazirlə münasibəti Britaniya tarixinə "Profumo hadisəsi" kimi düşüb.


Xəbərə aid fotolar