"İƏT Xarici İşlər Nazirləri Toplantısı"nın ilk simulyasiyası keçirilib (FOTO)


Digərləri 06 Dek 2017 10:53:00 209 0

"İƏT Xarici İşlər Nazirləri Toplantısı"nın ilk simulyasiyası keçirilib (FOTO)

ADA Universitetində "İƏT Xarici İşlər Nazirləri Toplantısı"nın ilk simulyasiyası keçirilib.

Bakı. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə İƏT-ə üzv 40-dan artıq ölkədə 7 ildir ki, həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” beynəlxalq təhsil layihəsi çərçivəsində ADA Universitetində ilk milli “MOİC Club” (“İƏT Modeli Klubu”) yaradılıb. Bu barədə Trend-ə İƏT GF Avrasiya Regional Mərkəzinin Mətbuat Xidmətindən məlumat verilib. Bu həftə isə yeni yaranmiş ADA İƏT Modeli klubunun ilk təlimləri və simulyasiyası həyata keçirilib. ADA Universitetində həyata keçirilən təlim və simulyasiyanın indiyədək Azərbaycanda keçirilən “İƏT Modeli” tədbirlərindən əsas fərqi həmin tədbirlərin tam olaraq ingilis dilində həyata keçirilməsi olub.