Almaniya səfirliyi Bakıda Milad konserti təşkil edəcək


Digərləri 06 Dek 2017 10:47:38 116 0

Almaniya səfirliyi Bakıda Milad konserti təşkil edəcək

Dekabrın 7-də Kapelhaus binasında keçiriləcək konsertə giriş sərbəstdir

Almaniyanın Bakıdakı səfirliyi dekabrın 7-də ənənəvi Milad konserti təşkil edəcək.

Səfirlikdən "Report"a verilən məlumata görə, konsertdə İohann Sebastyan Bax, Georq Fridrix Hendelin əsərləri və bir sıra milad, xalq və kilsə musiqiləri, həmçinin tanınmış azərbaycan bəstəkarlarının əsərləri ifa olunacaq.

Dekabrın 7-də saat 18.30-da Alman Xilaskar Kilsəsində (Kapelhaus binasında) keçiriləcək konsertə giriş sərbəstdir.