Kapital Bank 500dən artıq təhsil işçilərini mükafatlandırdı


Digərləri 06 Dek 2017 10:44:00 340 0

Kapital Bank 500dən artıq təhsil işçilərini mükafatlandırdı

Xəbər verdiyimiz kimi, Kapital Bank təhsil işçiləri üçün "Payız fürsəti" adlı stimullaşdırıcı lotereya keçirib. 4 dekabr tarixində keçirilən lotereyanın ikinci tirajında da 255 təhsil işçisi müxtəlif pul mükafatları, 1 nəfər isə əsas hədiyyə olan 3000 manatı qazandı. Qaliblərin siyahısı bankın saytında qeyd olunub.

Şərtlərə görə Kapital Bank kartları ilə məvacib alan təhsil işçiləri 2 oktyabr - 30 noyabr 2017-ci il tarixlərində, Kapital Bank bankomatlarında mobil nömrələrini qeydiyyatdan keçirərək, avtomatik olaraq lotereyanın iştirakçısına çevrilirdilər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.