"Azərbaycan - Avrasiyaya yeni körpü"


Digərləri 06 Dek 2017 10:48:07 224 0

"Azərbaycan - Avrasiyaya yeni körpü"

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəsmi tərəfdaşlığı ilə “Azərbaycan - Avrasiyaya yeni körpü” tədbiri keçirilir.

Bakı. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəsmi tərəfdaşlığı ilə “Azərbaycan - Avrasiyaya yeni körpü” tədbiri keçirilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov tədbiri giriş sözü ilə acaraq qonaqları salamlayıb və dövlət başçısı İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən irihəcmli islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesindəki son vəziyyət haqqında ətraflı məlumat verib. Rusiya Federasiyası Ernst və Young şirkətinin, Qiymətləndirmə və Məsləhət Xidmətlərinin MDB ölkələri üzrə məsləhətçisi Boris Poretskinin sədrliyi ilə keçən tədbirdə "Azərbaycan Dəmir Yolları"nın regional intermodal daşımalarda rolu, Azərbaycanın tranzit potensialı: Avrasiyaya inteqrasiya yönündə Azərbaycanın hab kimi rolu, Qırğızıstan Respublikasında dəmir yolunun inkişafına dair ümumi məlumat, Trans-Qafqaz və Xəzər dənizi daşımalarının konteynerləşdirilməsi, Qərbi Çinin Yeni İpək Yolu vasitəsi ilə Qərbi Avropaya birləşdirilməsi, Cənubi Qafqaz nəqliyyat mərkəzi: Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişmələri, İqtisadi inkişaf üçün sərmayə və əməkdaşlıq, Nəqliyyat innovasiyaları və qarşılıqlı əlaqə, Yeni inteqrasiyalaşdırılmış dəmir yolu dəhlizlərinin yaradılması, Tehran metrosunun yenilənməsi, Yüksək sürətli qatarlarda yenilik və rəqəmsallaşdırma: açıq havada ilk yüksək sürətli qatar, Yüksək sürətli dəmir yolu nəqliyyatının davamlılığı və əlaqəli amillər, Dəmir yolunda kibertəhlükəsizlik risklərinin idarə olunması, Davamlılıq, dəmir yolunda yeni və bərpa olunan enerji mənbələri və digər məsələlər müzakirə olunur.