BPnin vitse prezidenti Bakı Ali Neft Məktəbində masterklass keçdi


Digərləri 06 Dek 2017 10:35:00 373 0

BPnin vitse prezidenti Bakı Ali Neft Məktəbində masterklass keçdi

Bakı Ali Neft Məktəbində (BANM) BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəylı master-klass keçib.

Son.az xəbər verir ki, çoxdan planlaşdırılan görüşdə Ali Məktəbin rektoru Elmar Qasımov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

"Menecment, liderlik və motivasiya" adlı master-klassda vitse-prezident ilk öncə tələbələrə təhsilin əhəmiyyətindən danışıb və BANM-də təhsil aldıqları üçün çox şanslı olduqlarını vurğulayıb. Cənab Aslanbəyli təhsili bitirdikdən sonra gələcək yolun planlaşdırılmasından, peşəkar və şəxsi inkişafdan, karyeraya gedən yolun qiymətləndirilməsindən danışıb və tələbələrə horizontal və vertikal inkişafın xüsusiyyətlərini izah edib.

Görüş zamanı tələbələr liderlik xüsusiyyətləri, BP kimi transmilli şirkətlərin işə qəbul zamanı namizədlərdə görmək istədikləri peşəkar və şəxsi keyfiyyətləri, təhsil və karyeranın vaxtında və düzgün planlaşdırılması kimi mövzularda geniş informasiya əldə ediblər.