Qurban Qurbanov: "Uduzmaq istəmirdik"


İdman 06 Dek 2017 10:27:00 282 0

Qurban Qurbanov: "Uduzmaq istəmirdik"

"Qarabağ" Çepionlar Liqasının qrup mərhələsinin son oyununda səfərdə İtaliya "Roma"sına minimal hesabla məğlub olub 0-1.

Goal.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra fikirlərini bölüşüb:

"Rəqibi təbrik edirəm. Öz futbolçularımı da. Uduzmaq istəmirdik. Amma futbolçularımdan razı qaldım. Komandam məğlub olmaq istəmirdi. Layiqli oyun göstərdik. Qrupda "Chelsea" istisna olmaqla, digər oyunları normal hesab edirəm. Qırmızı vərəqə aldığımız epizodlarda təcrübə çatmadı. Şeydayevlə Ramazanovun meydana buraxılması sürəti artırmaqdan irəli gəlirdi. Futbolçuların meydanda daha çox şans qazanmasını müsbət amil sayıram. Bir neçə epizodu çıxsaq, müdafiəçilərimiz yaxşı çıxış etdilər".