Dövlət qulluğunda inzibati vəzifələrə imtahana qeydiyyat sona çatır


Digərləri 06 Dek 2017 09:46:12 235 0

Dövlət qulluğunda inzibati vəzifələrə imtahana qeydiyyat sona çatır

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat sona çatır.

Bakı. Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat sona çatır. Dövlət İmtahan Mərkəzindən (DİM) tərəfindən Trend-ə verilən məlumata görə, dekabr 17-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan yeri və başlama vaxtı barədə məlumat DİM-in internet portalında yerləşdiriləcək.