Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək


Siyasət 06 Dek 2017 09:23:00 293 0

Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

Bu gün Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçiriləcək.

Son.az APA-ya istinadən xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq.   Qeyd edək ki, hər iki nazir dekabrın 7-8-də keçiriləcək ATƏT-in xarici işlər nazirləri toplantısı çərçivəsində Vyanada səfərdədir.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində