Ucadan kitab oxumaq yaddaşı möhkəmlədir


Digərləri 06 Dek 2017 07:14:00 327 0

Ucadan kitab oxumaq yaddaşı möhkəmlədir

Kanadanın Vaterloo Universitetinin psixoloqları və neyrofizioloqları yaddaşın yaxşılaşdırılması ilə ucadan mətn oxumaq arasındakı əlaqəni tədqiq ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu cür kitab oxumaq eyni zamanda mətnin daha yaxşı mənimsənilməsinə də kömək edir. Hündürdən oxumağın effektivliyi şagirdlərə və tələbələrə artıq bəllidir. Bu, onlara lazımi məlumatı daha yaxşı yadda saxlamağa kömək edir.

Alimlər bu prosesin nə cür baş verdiyini öyrənməyə çalışıblar. Bu məqsədlə dörd qrupdan ibarət 95 könüllünün iştirakı ilə eksperiment aparılıb. Bir qrupun nümayəndələri mətni səssiz oxuyublar, ikinci qrup eyni yazını səsli variantını dinləyib, üçüncü qrupun təmsilçiləri həmin mətni səsli oxuyub, dördüncü qrup isə oxuduqları mətnin sonradan səsli variantını dinləyib. İştirakçılar arasında yazını ən yaxşı yadda saxlayan üçüncü qrupun nümayəndələri olub.