Alimlər səhər yeməyinin vacibliyini sübut ediblər


Digərləri 06 Dek 2017 06:30:00 335 0

Alimlər səhər yeməyinin vacibliyini sübut ediblər

Alimlər səhər yeməyinin vacibliyini təsdiq edən araşdırma aparıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu yaxınlarda alimlər və diyetoloqların birgə apardıqları tədqiqatların nəticələri onları şoka alıb. Məlum olub ki, bir neçə dəfə səhər yeməyindən imtina etmək şəkərli diabet və ya infarktın yaranmasına səbəb ola bilər. Alimlər bildiriblər ki, insan orqanizmində maddələr mübadiləsinə cavabdeh genlər var. Bu strukturda meydana çıxan qarışıqlıq prosesin kontroldan çıxmasına səbəb olur.