Hindistanda 39 nəfər "Okha" qasırğasının qurbanı olub


Dünya 06 Dek 2017 01:36:55 307 0

Hindistanda 39 nəfər "Okha" qasırğasının qurbanı olub

Təbii hadisə zamanı həmçinin 160-a yaxın balıqçı da itkin düşüb

Hindistanın sahilyanı ərazilərində azı 39 nəfər "Okha" tropik qasırğasının qurbanı olub.

"Report"un məlumatına görə, bu barədə "Hindustan Times" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Xəbərdə qeyd edilir ki, təbii hadisə zamanı həmçinin 160-a yaxın balıqçı da itkin düşüb. 

Nəşrin xəbərinə görə, təbii hadisədən ən çox Kerala və Tamilnad ştatları zərər çəkib.