Gəncədə iki qadın zəhərlənib


Digərləri 06 Dek 2017 00:55:00 240 0

Gəncədə iki qadın zəhərlənib

Gəncədə iki zəhərlənmə olub.

Son.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1993-cü il təvəllüdlü Alınağıyeva Aygün sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Şəhər sakini 1990-cı il təvəllüdlü Alıpaşayeva Aytən isə dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. A. Alıpaşayevanın yaşadığı evin vanna otağında dəm qazından zəhərləndiyi bildirilir.