Yevlaxda 1 yaşlı körpənin üstünə televizor aşıb


Digərləri 06 Dek 2017 00:44:00 314 0

Yevlaxda 1 yaşlı körpənin üstünə televizor aşıb

Leyla Məmmədzadə xəstəxanaya yerləşdirilib

Yevlax rayonunda azyaşlı xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Malbinəsi kəndində baş verib. Kənd sakini, 2016-cı il təvəllüdlü Məmmədzadə Leyla Zülfi qızının üstünə televizor aşıb. Nəticədə körpə ağır xəsarət alıb. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına catdırılıb. Həkimlər bildirib ki, ağır kəllə-beyin travması alan körpənin sağ ayağı da sınıb. L. Məmmədzadənin vəziyəti orta ağırdır.