2018ci ili “Qara Qarayev İli” elan olundu FOTO


Dünya 06 Dek 2017 00:18:00 324 0

2018ci ili “Qara Qarayev İli” elan olundu  FOTO

Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, toplantının yekun bəyannaməsində Azərbaycan, Qazaxıstan və Qırğızıstanın təklifi ilə 2018-ci ilin Azərbaycanlı bəstəkar Qara Qarayev, Qazax xalq şairi Mağjan Jumabayev və Qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinə "Anma İli" elan edilməsi qərara alınıb.

Bəyannamədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) mütəxəssislərinin bir araya gələrək işçi qrupunun yaradılması, həmin işçi qrupunun hazırladığı dəyişikliklərin növbəti daimi şura toplantısında imzalanması qərara alınıb.

TÜRKSOY-un 2018-ci ilin Fəaliyyət Proqramının da qəbul olunduğu iclasda qurumun baş katibi Düsen Kaseinov səs çoxluğu ilə yenidən təşkilatın baş katib seçilib.


Xəbərə aid fotolar