Tramp Abbasa səfirliyi Qüdsə köcürəcəyini dedi


Dünya 05 Dek 2017 22:34:00 256 0

Tramp Abbasa səfirliyi Qüdsə köcürəcəyini dedi

ABŞ prezidenti Donald Tramp Fələstin lideri Mahmud Abbasa İsraildəki ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcəyini bildirib.

Son.az Trend-ə istinadən bildirir ki, Birləşmiş Ştatlar prezidenti bunu Abbasla telefon danışığı zamanı bəyan edib.

Öz növbəsində, prezident Abbas bu cür addımın ciddi fəsadlarla nəticələnəcəyi haqqında ABŞ liderini xəbərdar edib. Onun sözlərinə görə, qərar bölgədə və dünyada təhlükəsizliyin və sabitliyin pozulmasına gətirib çıxaracaq.