Sarkisyan daha bir generalı işdən çıxardı


Dünya 05 Dek 2017 22:37:00 286 0

Sarkisyan daha bir generalı işdən çıxardı

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Aykaz Baqmanyan vəzifəsindən azad edilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Ermənistan prezidenti Serj Sarkisyan bununla bağlı müvafiq fərman imzalayıb.

Bundan əvvəl A.Baqmanyanın müdafiə naziri Vigen Sarkisyanın məsləhəti ilə istefa ərizəsi yazdığı barədə xəbər yayılmışdı. Daha dəqiq desək, bunu jurnalistlərə açıqlamasında Vigen Sarkisyan özü demişdi. Müdafiə naziri bunu A.Baqmanyanın xidməti vəzifəsinin öhdəsindən gələ bilməməsi ilə bağlı olduğunu bildirmişdi.