11 İmam Həzrət Qaim barədə nə buyurmuşlar?


Digərləri 05 Dek 2017 21:20:00 335 0

11 İmam Həzrət Qaim barədə nə buyurmuşlar?

Hər bir İmam (ə) öz zamanında sonuncu İmamı (ə.f) tanıtmağa çalışmış və onun haqqında məlumatlar vermişdilər.

İmam Əli (ə).

Son.az deyerler.org-a istinadən bildirir ki,  İmam (ə) buyurur: "Bizim Qaimin (ə.f) uzun qeybi olacaqdır. Əhli-Beyt (ə) davamçılarını görürəm ki, onu tapmaq üçün dərələri alt-üst edirlər.

Ancaq onu tapa bilmirlər. Bilin ki, onun qeybində hər kim öz dinində sabit qalar, qeybi zamanı onu inkar etməz - Qiyamət günü mənimləolacaqdır". (Həvzəh)

İmam Həsən (ə).

İmam (ə) buyurur: "Məgər bilmirsiniz ki, biz İmamların (ə) hamısının üzərində zamanının sultanı ilə beyət vardır, o Qaimdən (ə.f) başqa ki, İsa ibni Məryəm (ə) onun arxasında namaz qılacaqdır. Allah Təala təvəllüdünü gizli edəcəkdir. Özünü qaib edəcəkdir ki, qiyam edən zaman  heç kəsin beyəti boynunda olmasın. O, qardaşım Hüseynin (ə) doqquzuncu övladıdır. Allah qeybi zamanı ömrünü uzun edəcəkdir. Onu Öz qüdrəti sayəsində 40 yaşdan az cavan kimi zahir edəcəkdir ki, Allahın hər şeyə qadir olduğunu bilsinlər".

İmam Hüseyn (ə).

"Mənim doqquzuncu övladımda Yusifin (ə) sünnəti və Musanın (ə) sünnəti vardır. O, Əhli-Beytin (ə) Qaimidir ki, Allah onun məsələsini birgecədə islah edəcəkdir".

İmam Səccad (ə).

"Bizim Qaimdə (ə.f) peyğəmbərlərin (ə) sünnətlərinin bir neçəsi vardır: Adəmdən (ə), Nuhdan (ə), İbrahimdən (ə), Musadan (ə), İsadan (ə),Əyyubdan (ə), Muhəmməddən (s). Adəm (ə) və Nuhdan (ə) - ömrün uzun olmasıdır.

İbrahimdən (ə) - gizli təvəllüdüdür. Musadan (ə) - qorxu və qeybdir.

İsadan (ə) - ondan sonra insanlarda nəzər ayrılığının olmasıdır.

Əyyubdan (ə) - İlahi imtahandan sonra olan fərəcdir.

Muhəmməddən (s) - qılıncla qiyam etməkdir".

İmam Baqir (ə).

"O zaman ki, ruzigarın vəziyyəti dəyişər, insanlar deyər ki, Qaim (ə.f) ölmüşdür və ya həlak olmuşdur və ya o kəslər ki, onun məhv olmasınıistəyirlər deyərlər ki, sümükləri cürümüş insan necə zühur edəcəkdir ki? Siz onun zühuruna ümidvar olun. O zaman ki, zühur etdiyini eşitdiniz, ona tərəf tələsin, baxmayaraq ki, qarın üstündə sürünməklə də olsa belə".