Peyğəmbəri və Mehdini söyüşlə müdafiə edən “müsəlmanlar”, “dindarlar”...


Digərləri 05 Dek 2017 21:15:00 263 0

Peyğəmbəri və Mehdini  söyüşlə müdafiə edən “müsəlmanlar”, “dindarlar”...

Son.az Hədəf14.az-a istinadən  Mahir Şəkərovun yazısını təqdim edir

Bu yazı nə verlişi nə jurnalisti nə də oradakı qonaqları müdafiə xarateri daşımır.

Hey dedim yazmayım. Düzələr, düzələr deyib özümə təsəlli verdim. Bəzən nadandırlar, bilmirlər deyə düşündüm. Bəzən isə...

Kimsə elə düşünər ki, yəqin ətrafımızda baş verən hadisələrin həssaslığındandır ki, bəzi dar düşüncəli "müsəlmanlar" söyüş söyür. Mən bunu da düşündüm. Və bir gün...

Bir gün şahidi olduğum hadisədə bu düşüncəmdə də yanıldığımı göstərdi.

UEFA Çempionlar Liqası "Qarabağ"- "Çelsi" matçında Referi matçın 19-cu dəqiqəsində "Qarabağ"ın cərimə meydançası daxilində mübahisəli epizodda "Çelsi"nin hücumçusu Villiana qarşı kobud oyuna görə kapitan Rəşad Sadıqova qırmızı vərəqə göstərildi. Monitor arxasından şirə dönən və müsəlmançılıq iddiasında olanlar sosial şəbəkədə hakim barəsində və ictimai yerlərdə ağızların açıb gözlərin bağladılar. Söyüş, təhqir kim necə istədi yazdı, yazdı və yazdı...

Nadan və cahillərin söyüş söyməsi də normal olmasa belə, bu ən azı özünə dindar və müsəlmana deyən şəxslərə heç, amma heç yaraşmadı və olduqca eybəcər bir mənzərə yarandı. Bu mənzərənin üfünətli qoxusu elə yayılırdı ki...

İndi deyəcəksiniz ki, gör neçə müddət keçib indimi yadına düşüb bunlar?!

Yox, yox, tələsməyin, sözümün əmması var...

Son günlərdə Apa televiziyasının "Yaşıl Orta" verlişində Həzrət Mehdi (ə.f), müqəddəslik və sair mövzular barədə müzakirələr getdi.

Verlişdə səsləndirilən fikirlər təbii ki birmənalı qarşılanmadı. "Həzrət Mehdi (ə.f) gəlməyəcək" "Quran müqəddəs deyil" və bu kimi iddiaları qəbul etməyən bəziləri fikirlərini elmi cavab, yazı, video və sair vasitələrlə deyil yenə də etik normalara sığmayan söyüş və ədəbsizliklə cavab verdilər.

Növbəti verlişdə isə "Həzrət Mehdi (ə.f) gələcək", "Quran müqəddəsdir" iddiasını təsdiqləyənlər çıxış etdi və fikirlərini elmi dəlillərlə ortaya qoydular. Bəs nəticə?

Nəticə sıfıra bərabərdir. Əxlaq cəhətdən, ədəb baxımından...