Ukrayna Saakaşvilini vurmağa başladı:


Dünya 05 Dek 2017 21:03:00 286 0

Ukrayna Saakaşvilini vurmağa başladı:

Ukrayna mediası Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Kiyevdə kirayə qaldığı evin görüntülərini yayıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, görüntülərdə lüks şəraitə malik evin aylıq kirayə haqqının 6 min dollar olduğu bildirilib.

Qeyd edək ki, bu gün Ukrayna Baş Prokurorluğunun və Təhlükəsizlik Xidmətinin əməkdaşları Saakaşvilinin qaldığı mənzilə soxulublar. Burada axtarışlar apardıqdan sonra təhlükəsizlik əməkdaşları Saakaşvilini həbs ediblər. Sabiq prezident tərəfdarlarının köməyi ilə polis avtomobilindən çıxarılaraq azad edilib.

Həmin görüntüləri təqdim edirik: