Vasif Məhərrəmli illərin ETİRAFını etdi: "Məşhurluq başımı qatdı, böyük layihələri itirdim" FOTO


Şou-biznes 05 Dek 2017 21:05:00 348 0

Vasif Məhərrəmli illərin ETİRAFını etdi: "Məşhurluq başımı qatdı, böyük layihələri itirdim"   FOTO

"Onları toya aparan yoxdur, deyirlər ki, toydan imtina etmişik"

Əməkdar artist Vasif Məhərrəmlinin Son.az-a müsahibəsi.

- Vasif bəy, adətən müğənnilər gec yatıb, gec də yuxudan dururlar. Siz necə, tezdən oyananlardansınız?

- Yalan deyərəm ki, hər gün səhər saat 6-da dururam. Bəzən səhər verilişinin aparıcılarına həsədlə baxıram. Çünki onlar artıq sənət fədailəridir. Mən yalnız səhər verilişlərinə dəvət alanda tezdən oyanıram. Adi günlərdə bəzən tezdən oyanıram, gedəcək bir yerim olmadığı üçün yenidən yatıram.Mən eşitdiyimə görə toy olmayanda müğənni dostum Abbas Bağırov axşam saat 11-də yatır. Kaş mən də onu edə bilsəydim... Bax ona yaxşı mənada qibtə edirəm. Nəinki müğənni, siz mənə elə bir insan göstərə bilərsinizmi saat 2-dən tez yatsın? Bu çox çətin bir işdir. Hətta səhər saat 7-də də durub işə gəlsən axşam saat 2-dən tez yatmırsan.

- Siz o sənətçilərdənsiniz ki, hər il demək olar ki, 1 klip tamaşaçıların ixtiyarına verirsiniz. Amma nədənsə son zamanlar kliplərinizə çox az rast gəlinir. Demək olar ki, yox dərəcəsindədir.

- Klip çəkdirməməyimin əsas səbəbi efirlərdə klip saatının olmamasıdır. Əgər klip bazarında rəqabət olsa, bu kimi hallar baş verməz. Sonuncu dəfə mən "Əsli-Kərəm" mahnıma klip çəkdirdim. Onu qalmışam hansı kanala verim ki, efirdə göstərsinlər. Klip Youtube səhifəmdən başqa heç bir yerdə getmir. Mən bu qədər əziyyəti youtube üçün çəkirəm? Bu efirdə də getməlidir axı. Əziyyətimin qarşılığını görməyəndə istər-istəməz həvəsdən düşürəm.

- Repertuarınıza son əlavə etdiyiniz "Unuda bilmirəm" mahnısı demək olar ki, orijinalı qədər sevildi. Bu mahnını sizə qədər bir çox həmkarlarınız oxumuşdu. Niyə məhz sizin ifanızda daha çox sevildi?

- Bu mahnı böyük sənətkarımız, rəhmətlik Məmmədbağır Bağırzadənindir. Həmkarlarım canlı oxumuşdular, canlı heç vaxt zapisin effektini vermir. İnsanlara canlı musiqi xoş gəlir, amma canlı fonoqramın effektini vermir. Mən bu mahnını oranjman etdirib, özüm kimi oxudum. Öz boğazlarımı, öz xırdalıqlarımı etdim. Əgər sevildisə, nə xoş mənə.

- Bəzi müğənnilər var ki, toylardan imtina ediblər. Səbəb kimi isə həmin müğənnilərdən həmkarlarının mahnılarını oxumaq tələb olunub. Bəs siz necə, toylarda kimin mahnılarını oxuyursunuz?

- Məni öz repertuarıma görə toylara dəvət edirlər. Toydan imtina edən müğənni yoxdur. Toy gəlmir deyə bilmir nə desin, deyir ki, imtina etdim. Bu artıq bəhanədir.

- Pul gələn yerdən kim imtina edər ki?

- Söhbət təkcə puldan getmir. Bu sənin sənətindir. 2 ay Məhərrəmlik olur, müğənnidə oxumağa qarşı aclıq yaranır. Bu enerjini xərcləyəcəyin bir yer olmalıdır. O da hal-hazırda toydur. Bir ətək puldan kim imtina edər ki?


Xəbərə aid fotolar