Sürücülərə qarşı kobudluq edən 712 yol polisi cəzalandırıldı VİDEO


Digərləri 05 Dek 2017 21:07:00 279 0

Sürücülərə qarşı kobudluq edən 712 yol polisi cəzalandırıldı  VİDEO

Son günlərin əsas müzakirə mövzularından biri də yol polislərinin sürücülərlə kobud rəftar etmələridir. Belə halların qarşısını almaq məqsədilə baş dövlət yol polisi idarəsi həmin yol polislərini cərimə edir. Təkcə ötən il ərzində 712 yol polis əməkdaşı intizam qaydasında cəzalandırılıb.

Sürücülərlə kobud rəftar edən yüzlərlə yol polisi cərimə edilib. Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, yol polisi əməkdaşlarının vətəndaşlara qarşı kobud davranışları son günlərin əsas müzakirə mövzularından birinə çevrilib. Bununla bağlı vətəndaşlar tərəfindən tez-tez sosial şəbəkələrdə video-görüntülər paylaşılır. Həmin şikayətlər əsasında idarədə araşdırmalar aparılaraq vətəndaşlara qarşı kobudluq edən yol polis əməkdaşları cərimələnib. Bir sözlə, bu cür hallara qarşı Baş Dövlət Yol Polisi İdarəsində intensiv mübarizə aparılır. Cari ilin rəsmi statistikasına gəldikdə isə, şöbə rəisi qeyd etdi ki, 2017-ci ilin statistikası ilin yekununda müəyyən olunacaq. Kamran Əliyev onu da bildirdi ki, sürücü və yol polisi arasında olan hər hansı bir mübahisəli video sosial şəbəkələrdə yayılırsa, Baş Dövlət Yol Polisi İdarəsi onu dərhal araşdırır. Yol polisi tərəfindən kobudluğa məruz qalan sürücülər Daxili İşlər Nazirliyinin ''102'' zəng mərkəzinə və yaxud Baş Dövlət Yol Polisi İdarəsinin ''902'' xidmətinə məlumat verə bilərlər. Həmin məlumat dərhal araşdırılıb sürücüyə məlumat verilir.


Xəbərə aid video