Musiqili Teatrın bu həftə üçün repertuarı FOTO


Kriminal 05 Dek 2017 20:42:00 342 0

Musiqili Teatrın bu həftə üçün repertuarı  FOTO

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu 5 tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşaçılar 8, 9, 10 dekabr tarixlərində saat 12.00 və 19.00-da "Fransızsayağı qarnir" (M. Kamoletti), "Düyməcik" (H.K. Andersen), "Baladadaşın toy hamamı" (Elçin), "Qırmızıpapaq" (E. Sabitoğlu, Y. Şvarts) və "Amerikalı kürəkən" (R. Mirişli, M. Haqverdiyev) tamaşalarını izləyə bilərlər.

Tamaşaçılar təqdim olunacaq səhnə əsərlərində sevimli aktyorları - Azərbaycan Respublikasının Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Səmayə Musayeva, Novruz Qartal, Svetlana Bulax, Nahidə Orucova, Almaz Ələsgərova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Firuz Məmmədov, Məhərrəm Qurbanov, Marina Litvenenko, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova, Nadejda Povelitsina, Elçin İmanov, Telnaz Hüseynova, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Gültac Əlili, Əliməmməd Novruzov, Yuliya Heydərova, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Elnarə Nağdəliyeva, Rauf Babayev, Mehriban Zalıyeva, Gülnarə Əzizova, Əmrah Dadaşov, Ruslan Mürsəlov, Şaban Cəfərov, Aydan Həsənova, Səməd Xasıyev, Eleanora Mehdiyeva və başqalarının ifalarını izləyə biləcəklər.

Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 8 dekabr tarixində saat 19.00-da M. Kamolettinin "Fransızsayağı qarnir" iki hissəli komediyası böyüklər üçün, 9 dekabr tarixində saat 12.00-da H.K. Andersennin "Düyməcik" tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Dekabrın 10-u saat 12.00-da isə C. Məmmədovun tərcüməsində E. Sabitoğlu, Y. Şvartsın "Qırmızıpapaq" musiqili nağıl-tamaşası Azərbaycan dilində balacalara təqdim olunacaq.


Xəbərə aid fotolar