Azərbaycan XİN başçısı Avstriyaya yola düşüb


Siyasət 05 Dek 2017 20:20:48 251 0

Azərbaycan XİN başçısı Avstriyaya yola düşüb

Elmar Məmmədyarov həmçinin ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vyanaya işgüzar səfərə yola düşüb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, E.Məmmədyarov səfər çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüşəcək, həmçinin dekabrın 7-8-də keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.